Medvedev bu gün Bakıya gələcək

Medvedev bu gün Bakıya gələcək

"Geniş məsələlər spekterinin nəzərdən keçirilməsi planlaşdırılır".

Rusiyanın baş naziri Dmitri Medvedev cümə günü Bakıya səfər edəcək, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, eləcə də respublikanın hökumət başçısı Artur Rasizadə ilə görüşəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Medvedev azərbaycanlı tərəfdaşları ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Bu səfər öncədən planlaşdırılmayıb, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi səfərə tələbat yaratdı.

Medvedev Bakıya İrəvandan gələcək, İrəvanda o, Ermənistan prezidenti Serj Sarkisyan və respublikanın baş naziri Ovik Abramyan ilə görüşüb.

Bakı səfərinin hazırlığına dair müzakirələri Medvedev aprelin 6-da azərbaycanlı həmkarı Artur Rasizadə ilə aparıb.

"Hökumət rəhbərləri aprelin 8-də Dmitri Medvedevin Azərbaycana rəsmi səfərini müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqların gedişatında, iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturunun və digər sahələrin də daxil olduğu məsələlərin geniş spekterini nəzərdən keçirmək planlaşdırlır", - Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Mənbə:
0
15