UEFA Rusiya yığmasını diskvalifikasiya etdi

UEFA Rusiya yığmasını diskvalifikasiya etdi

Rusiya Futbol İttifaqı 150 min avro cərimələnib.

UEFA Rusiyaya qarşı təxirə salınmış diskvalifikasiya tətbiq edib. Bu, Rusiya yığması azarkeşlərinin İngiltərə ilə matçdakı davranışları ilə bağlıdır.

Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.

Bundan başqa, Rusiya Futbol İttifaqı 150 min avro cərimələnib.

Təxirə salınmış diskvalifikasiya o deməkdir ki, Rusiya yığması qeyd olunan pozuntular təkrarlandığı halda Avropa Çempionatından kənarlaşdırılacaq.

0
15