ABŞ-da 24 polis 17 yaşlı qızla... - ŞOK ETİRAFLAR

ABŞ-da 24 polis 17 yaşlı qızla... - ŞOK ETİRAFLAR

ABŞ-ın Kaliforniya ştatında polis əməkdaşlarının adı hallanan seks qalmaqalı bütün ştatı çalxalayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Celeste Guap” adı ilə tanınan  həyat qadını hələ 17 yaşındaykən Oakland polis müəssisəsinə məxsus şöbələrdən ən az 24 polislə cinsi münasibət yaşadığını etiraf edib.

TV kanallardan birinə polislərlə arasındakı bu münasibətlərini təsdiqləyən "Vatsap" yazışmalarını göstərən Guap polislərin də bunun qarşılığında həmişə onu qoruduğunu və bəzi gizli əməliyyatlarla bağlı məlumat verdiyini açıqlayıb: "Əslində mən istismara məruz qalmışam”.

Oakland və Richmond polis şöbələrinin məsələ ilə bağlı araşdırma başlatdığı deyilir.

Qeyd edək ki, skandal ortaya çıxandan sonra Oakland polis rəisi Sean Whent istefa verib.

Oakland bələdiyyə baçısı Libby Schaff isə bildirib ki,  kiçik yaşda birinə yönəlmiş cinsi təcavüz onları diksindirir və qəzəbləndirir.

0
11