Azərbaycanda 34 dərəcə isti gözlənilir

Azərbaycanda 34 dərəcə isti gözlənilir

Mülayim cənub küləyi ilə əsəcək.

Sabah - iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mülayim cənub küləyi ilə əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 15-16-da Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
19