Putin Rusiya ordusunu yoxlayır

Putin Rusiya ordusunu yoxlayır

Silahlı Qüvvələrin regional hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetiriləcək.

Prezident Vladimir Putinin tələbi ilə Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılması başlanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə informasiya agentlikləri Rusiya müdafiə naziri Sergey Şoyquya istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, yoxlama Moskva vaxtı ilə saat 7:00-da başlayıb.

Yoxlama hərbi və səfərbərlik hazırlığını yoxlamaq üçün aparılır və iyunun 22-nə qədər davam edəcək. Yoxlamanın zamanı Silahlı Qüvvələrin regional hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı, nazirin sözlərinə görə, Silahlı Qüvvələrin səfərbərlik sahəsinə də diqqət ayrılacaq, o cümlədən də ehtiyat birləşmələrinin, silah və texnika ehtiyatlarının vəziyyəti yoxlanılacaq.

Şoyqunun sözlərinə görə, qoşunların idarə sisteminin hazırlıq səviyyəsi, əsasən də, bölüklərin və cəlb edilən birləşmələrin səhra səyyar idarə məntəqələri yaradılacaq.   

0
20