Sarkisyan Lukaşenko və Nazarbayevi ittiham etdi

Sarkisyan Lukaşenko və Nazarbayevi ittiham etdi

"Onlar Avrasiya İqtisadi İttifaqın iclasına məhəl qoymayıblar".

Biz, əlbəttə ki, böyük xülyalara qapılmadan, Minsk qrupunun həmsədrlərindən və müttəfiqlərimizdən ünvanlı bəyanatlar və konkret addımlar gözləyirik. Çünki ikinci cəhd düşünürəm ki, genişmiqyaslı əməliyyata gətirib çıxaracaq.

Oxu.Az "Novosti Armenii"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın baş naziri Dmitri Medvedev ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edərkən bildirib.

Daha sonra Serj Sarkisyan açıq şəkildə Qazaxıstan və Belarus liderlərini Avrasiya İqtisadi İttifaqın İrəvanda keçirən görüşə məhəl qoymamaqda ittiham edib.

"Və əlbəttə, Dmitri Anatolyeviç, mən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən bəzi tərəfdaşlarımızın İrəvana əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etməyə gəlmədiklərinə təəssüflənirəm. Bilmirəm onlar bununla Azərbaycana nə qədər kömək etdilər, amma bizim təşkilatın nüfuzuna dəqiq xələl gətirdilər – bu birmənalı şəkildə belədir", - Serj Sarkisyan deyib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya və Ermənistandan başqa, Qazaxıstan və Belarus da daxildir.

Mənbə:
0
27