Parisdəki qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürdü - YENİLƏNİB

Parisdəki qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürdü - YENİLƏNİB

Bakı-APA. Parisdə baş verən qətlə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Amaq” agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, İŞİD silahlısı Parisin Müro kommunasında yol polisi rəisinin müavinin və onun arvadını qətlə yetirib.

***

Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşını bıçaqlayaraq qətlə yetirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan sonra cinayətkar polis əməkdaşının evinə soxularaq onun həyat yoldaşını və azyaşlı uşağını girov götürüb.

Polis keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar məhv edilib. Hadisənin törədildiyi yerdə polis əməkdaşının arvadının meyiti tapılıb. 3 yaşlı uşağın sağ olduğu bildirilir.

Qeyd olunur ki, qətli törədən şəxs zərərsizləşdirilməmişdən əvvəl İŞİD qruplaşmasının tərəfdarı olduğunu bəyan edib.  Hadisə ilə bağlı araşdırma aparılır.

0
12