Nyu-Yorkda atışma: Altı yeniyetmə yaralanıb – FOTO

Nyu-Yorkda atışma: Altı yeniyetmə yaralanıb – FOTO

Hadisə Bruklində baş verib.

ABŞ-ın Nyu-York şəhərində naməlum şəxs uşaq meydançasında atəş açıb, daha sonra isə qaçaraq gizlənib. Hadisə nəticəsində altı yeniyetmə yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə The New York Daily News məlumat yayıb.

Hadisə Bruklində, bazar ertəsi, iyunun 13-də yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 14 iyun, təxminən saat 02:00 radələrində - red.) baş verib.

Pix11 telekanalının məlumatına görə, bir qrup yeniyetmə basketbol oynayarkən onlardan biri çantasının itdiyini aşkar edib.

Heç kim çantanı oğurladığını etiraf etmədikdə, yeniyetmə meydançadan gedib. Bir müddət sonra o, dostları ilə birlikdə geri qayıdıb və meydançada atəş səsləri eşidilib.

Zərərçəkənlərin 15 yaşdan 18 yaşadək olduğu bildirilir.

Yaralılardan dördü xəstəxanaya gətirilib, daha iki nəfər isə özləri klinikaya gəliblər. İlkin məlumatlara görə, yaralıların həyatı üçün təhlükə yoxdur.

0
20