İtaliya millisi Belçikaya qalib gəldi

İtaliya millisi Belçikaya qalib gəldi

Qarşılaşma Lion şəhərində keçirilib.

Fransda keçirilən futbol üzrə Avropa çempionatının “E” qrupunda İtaliya millisi Belçika yığması ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Lion şəhərində keçirilən oyun italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab oyunun 32-ci dəqiqəsində açılıb. Emanuel Ciakkerini Bonuccinin hava ötürməsini iki toxunuşla qola çevirib. 

Oyunun artırma dəqiqələrində Graziano Pelle Apennin təmsilçilərinin üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki, bu qrupun ilk matçında İrlandiya və İsveç yığmaları heç-heçə oynayıblar - 1:1.

0
16