Lavrov və Kerri Suriyanı müzakirə etdi

Lavrov və Kerri Suriyanı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında baş tutan telefon danışığında Suriyadakı vəziyyət müzakirə olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

“Söhbət zamanı Suriyada atəşkəs rejiminə ciddi əməl edilməsinin vacibliyi qeyd olunub. Ölkənin bir çox regionlarında atəşkəs mütəmadi olaraq pozulur. Dövlət katibi cənab Lavrovun nəzərinə çatdırdı ki, əksər hallarda atəşkəsi prezident Bəşər Əsədə sadiq qüvvələr tərəfindən pozulur. Bununla əlaqədar Kerri rəsmi Moskvadan Suriya rəhbərliyinə təzyiq göstərməyə çağırıb”, deyə M.Toner bildirib.

0
21