Türkiyədə ağır qəza: 8 yaralı

Türkiyədə ağır qəza: 8 yaralı

Türkiyədə ağır yol qazası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Əskişəhərdə avtomobil ilə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Toqquşmadan sonra mikroavtobus yaxınlıqdakı tikiliyə çırpılıb.  Qəzada hər iki sürücü, və mikroavtobusda olan 6 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə şəhər xəstəxanasına aparılıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

0
22