Günay İbrahimli yeni klipini təqdim etdi - FOTO + VİDEO

Günay İbrahimli yeni klipini təqdim etdi - FOTO + VİDEO

Klip Mərdəkan və Nabranda lentə alınıb.

Müğənni Günay İbrahimli rəsmi “youtube” kanalında yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, mahnının musiqisi və aranjimanı Tərlan Məmmədhüseynova, sözləri Fərdi Quliyevə məxsusdur.

Mərdəkan və Nabranda lentə alınan klipin rejissoru Rza Əsgərovdur. 

G.İbrahimli bildirib ki, onun yeni klipi digərlərindən fərqlənir. 

“Çəkilişlər Nabran və Mərdəkanda aparılıb. Rza Əsgərovun işindən razıyam. Ekran işində geyim məsləhətçisi Elnarə Bəkirova, stilistlər isə Anar Ağakişiyev, Elnur Talıbov və Günel Talıbova olub. 

Mahnının söz yazarı Fərdi Quliyevlə bu artıq ikinci işimizdir. İlk dəfə o mənim üçün “Sənə bağlanıram” mahnısının sözlərini yazıb. 

İnanıram ki, klip dinləyicilərim tərəfindən bəyəniləcək”, - müğənni qeyd edib.

0
17