Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldı

Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldı

Onlar saxta sənədlərin hazırlanmasında təqsirləndirilirlər.

Ermənistan Səhiyyə nazirliyinin üç yüksək vəzifəli məmuru saxlanılıb.

Oxu.Az-ın News.am saytına istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət agentliyinin rəisi Saro Tsaturyan, agentliyin İrəvan şəhər mərkəzinin rəisi Arsen Sedrakyan və informasiya və tibb xidmətləri üzrə rəisi Samvel Xarazyan xidməti vəzifələrindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata bildirilir ki, saxlanılan şəxslər saxta sənədlərin hazırlanmasında təqsirləndirilirlər.

0
13