Daha bir ulduz futbolçu karyerasını başa vurdu

Daha bir ulduz futbolçu karyerasını başa vurdu

Norveç millisinin sabiq futbolçusu Yon-Arne Riise karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə 35 yaşlı futbolçunun özü məlumat verib.

Ölkəsinin "Olesun" klubunda çıxış edən Riise hazırda davam edən Norveç çempionatında mövsümün sonunu gözləmədən klubla olan müqaviləsini ləğv edib.

Qeyd edək ki, əsasən "Liverpul"dakı karyerası ilə məşhurlaşan Riise "Monako", "Roma", "Fulhem" və APOEL kimi klublarda çıxış edib. O, Norveç millisinin heyətində 110 oyun keçirib və 16 qol vurub.

0
10