Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər - FOTO

Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər - FOTO

ANAMA hesabat hazırlayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən iyunun 13-də Füzuli, Ağdam və Tərtər rayonlarında üç ev və həyətyanı sahə, beş əkin sahəsi və on iki partlayış yerinə baxış keçirilib.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı Tərtər və Ağdam rayonlarında dörd ədəd partlamamış hərbi sursat (iki ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və iki ədəd 23 mm-lik zenit mərmisi) və iki ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq götürülüb.

Gün ərzində ümumilikdə 37750 kv.m ərazi təmizlənib.

0
16