IB Gənclər Mərkəzində Festival Havası

IB Gənclər Mərkəzində Festival Havası

Arenaya gəl, həyəcanı yaşa!

25 iyun tarixində ən böyük gənclər tədbiri olan “IB Gənclər Festivalı” keçiriləcək.

 xəbər verir ki, tədbir “IB Club” Gənclərin İnkişaf Mərkəzi və “Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatı və YAP Gənclər Birliyinin dəstəyi ilə baş tutacaq.

“IB Gənclər Festivalı”nın məşhurları 11-12 iyun tarixlərində “IB Club”ın baş ofisində üzvlərlə görüşüb.

Görüşdə aparıcılar Hüsniyyə və Murad Arif, müğənni Rauf festival, şəxsi yaradıcılıq və digər mövzularda olan sualları cavablandırıblar.

11 001 gəncin iştirakı ilə baş tutacaq “IB Gənclər Festivalı”nda məşhurlar gənclərin qarşısında çıxış edəcəklər. Festivalda ödənişsiz olaraq iştirak etmək üçün “IB Club” baş ofisinə (Caspian Business Center) və ya 1 saylı ASAN Mərkəzinə müraciət etmək lazımdır.

Təşkilat Komitəsindən verilən məlumata görə, artıq qeydiyyatdan keçən gənclərin sayı 14 000 nəfəri keçib. Eyni zamanda artıq 7000 nəfərdən çox gənc dəvətnamələri “IB Club”un ofisi və ASAN mərkəzlərindən əldə edib.

Ətraflı məlumatı (055) 238 40 08 nömrəsinə zəng etməklə və ya www.ibgenclerfestivali.az-dan əldə edə bilərsiniz.

11001-dən biri SƏNsən!

Arenaya gəl, həyəcanı yaşa!

0
11