Hamilə aktrisanın ana olduqdan sonra toyu olacaq – FOTO

Hamilə aktrisanın ana olduqdan sonra toyu olacaq – FOTO

Cütlüyün yaxın günlərdə qızı dünyaya gələcək.

Övladının doğulması üçün günlərini sayan aktrisa Yıldız Asyalının ana olduqdan sonra toyu olacaq.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ötən ilin noyabr ayında iki aylıq hamilə ikən Emre Vatansever adlı şəxslə ailə qurub.

Cütlüyün yaxın günlərdə qızı dünyaya gələcək. Aktrisa övladına Ayşə Mira adını verəcəyini söyləyib.

Sadə bir nikah mərasimi ilə ərə gedən aktrisa “uşaq doğulduqdan sonra toy edəcəyik” deyib.

Aytən Sadıqzadə

0
16