Bakıda kafenin sanitar qovşağında meyit tapılıb

Bakıda kafenin sanitar qovşağında meyit tapılıb

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

Bakının Nizami rayonunda meyit aşkarlanıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərinə görə, hadisə Naxçıvanski küçəsi, 67 ünvanında yerləşən kafedə qeydə alınıb.

Kafenin sanitar qovşağında Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Mənsur Şükürovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

0
11