Almaniyada “Armata”ya qarşı top hazırlanıb

Almaniyada “Armata”ya qarşı top hazırlanıb

“Rheinmetall Defence” poliqonunda onun atəş sınaqları başlayır”.

Almaniyanın “Rheinmetall Defence” konserni Rusiyanın “Armata” platformasında hazırlanmış müasir “T-14” və “T-90” tanklarının son modifikasiyaları ilə mübarizə üçün yeni tank topu hazırlayıb.  

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. 

“Yeni topun sınaq nümunəsi üzərində iş 2016-cı ilin mayında başa çatıb. Yaxın günlərdə “Rheinmetall Defence” şirkətinə məxsus poliqonda topun atəş sınaqları başlayır”, - “Eurosatory-2016” Beynəlxalq silah sərgisində “Rheinmetall Defence” stendindən bildiriblər. 

Topun tam çəkisi 3 tona yaxındır, lülənin çəkisi 1,4 ton, lülənin uzunluğu 51 kalibrdir. Silahın zirehdəlmə gücü “Leopard 2A5” və “Leopard 2A6” tank topları ilə müqayisədə ən azı 10% artırılıb. 

0
9