“Azəravtoyol”un 130-dan çox işıq plafonu oğurlandı

“Azəravtoyol”un 130-dan çox işıq plafonu oğurlandı

Şübhəli şəxs tutulub.

Bakıda “Azəravtoyol” ASC-yə məxsus işıq plafonları oğurlanıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə iyunun 6-da baş verib.

Bu gün Suraxanı rayon Polis İdarəsi 33-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azəravtoyol” ASC-yə məxsus 132 ədəd işıq plafonunu oğurlamasında şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Quliyev tutulub.

Araşdırma aparılır.

0
13