Azərbaycandan gələn yük maşınından 178 kq heroin tapıldı

Azərbaycandan gələn yük maşınından 178 kq heroin tapıldı

İş artıq DİN-ə təhvil verilib.

Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınından 178 kq İran heroini müsadirə ediblər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Rustavi-2” teleşirkəti məlumat yayıb. 

Yük maşını Azərbaycan, Gürcüstan və Ukraynadan keçərək Niderlanda gedirdi.

İri partiya heroinin müsadirə edilməsi barədə Gürcüstanın Maliyyə Nazirliyinin gəlirlər xidməti məlumat yayıb, amma təfərrüatlar açıqlanmayıb.

İş artıq DİN-ə təhvil verilib.

0
23