Oksana Rəsulova səfir seçildi – FOTO

Oksana Rəsulova səfir seçildi – FOTO

“Hindistan səfiri Sanjay Rana cənabları ilə görüşdüm”.

Tanınmış rəqqasə Oksana Rəsulova səfir seçilib.

Oxu.Az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.

“Hindistan səfiri Sanjay Rana cənabları ilə görüşdüm. Bu il “Beynəlxalq Yoqa Günü”nün brend səfiri seçildim”.

Qeyd edək ki,  21 iyun tarixində “Art of Living Azərbaycan” və Hindistan Səfirliyinin təşkilatçılığı, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “BİR” Tələbə Könüllü Proqramının dəstəyi ilə Bakıda II Beynəlxalq Yoqa Günü qeyd olunacaq.

Xatırladaq ki, BMT-nin Baş Assambleyası 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib. Müvafiq qətnamə Hindistan tərəfindən irəli sürülüb və yekdilliklə qəbul edilib. 

Aytən Sadıqzadə

0
16