Gəncədə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin 25 illiyi qeyd olunub

Gəncədə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin 25 illiyi qeyd olunub

Səfirlər əməkdaşlığın simvolu olan 25 çinar ağacı əkiblər.

İyunun 11-də Gəncə şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirlər proqramı həyata keçirilib.

Malena Mardın rəhbərliyi altında şəhərə gələn 15 ölkənin səfirini qəbul edib.

İcra başçısı diplomatlara şəhər haqqında məlumat verib. Görüşdə iştirak edən 15 ölkənin səfiri icra başçısı Elmar Vəliyevi Gəncənin qısa müddətdə bir çox nailiyyətlərə imza atması ilə əlaqədar təbrik edib.

Görüşdən sonra E.Vəliyev qonaqlarla birlikdə “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında Aİ ilə Azərbaycanın əməkdaşlığının simvolu olan 25 çinar ağacı əkiblər.

Daha sonra səfirlər 31 saylı Körpələr evinin açılış mərasimində iştirak ediblər.

“Aparılan tədqiqatların nəticələri göstərir ki, uşaqlar təhsilə məktəbin ilk illərindən başlamır. Təhsil artıq bağçadan başlanan bir prosesdir. Ona görə də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas təməlini təhsil təşkil edəcək”, - deyə M.Mard bağçanın açılış mərasimində bildirib.

Günün ikinci yarısında isə Avropa ölkələrinin milli ənənələrinin və mədəniyyətinin təbliği məqsədi ilə şəhərin Heydər Əliyev parkında salınmış Avropa şəhərciyinin açılışı olub. 

Tədbirdə Avropa-Azərbaycan əlaqələrini əks etdirən 20-yə yaxın maraqlı pavilyon və stendlər xarici qonaqlara və şəhər sakinlərinə nümayiş olunub. 

Günün sonunda isə Heydər Əliyev parkındakı amfiteatrda konsert proqramı təşkil edilib.

0
11