Türkiyədə təhsil alan Aynişan məzun oldu – FOTO

Türkiyədə təhsil alan Aynişan məzun oldu – FOTO

Aybəniz Haşımova övladına dəstək olmaq üçün İstanbula yollanıb.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva məzun olub.

Oxu.Az xəbər verir ki, İstanbuldakı Baxçaşehir Universitetində təhsil alan Aynişan bu il təhsil ocağının magistratura pilləsini bitirib.

Aybəniz Haşımova məzun günündə övladına dəstək olmaq üçün Türkiyəyə yollanıb.

Əməkdar artist və övladı tədbirdən fotoları sosial şəbəkədə paylaşıblar.

Aynişan Quliyeva, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

Aytən Sadıqzadə

0
45