ABŞ-da kişi arvadını və dörd qızını güllələyib

ABŞ-da kişi arvadını və dörd qızını güllələyib

Ailəsinin qətlini videoya çəkib.

Amerikanın Nyu-Meksiko ştatında Xuan David Vileqas-Ernandes arvadını və dörd qızını güllələyib, daha sonra isə hadisə yerindən qaçıb. 

Oxu.Az “Qazeta.ru”ya istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, o, ailəsinin qətlini videoya çəkib, daha sonra öz avtomobili ilə naməlum istiqamətdə yola düşüb. 

Ölənlərin cəsədlərini onlara qonaq gələn qohumu aşkar edib. Vilgels-Ernandesin arvadının 34, qızlarının 3, 7, 11 və 14 yaşları var idi. 

Polis nümayəndəsi Todd Ualdermut bildirib ki, şübhəli bilinən şəxs qırmızı “Ford”da hərəkət edə bilər. 

0
10