Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Nazirlik məlumat yaydı.

Türkiyənin İzmir şəhərində əməliyyat planlaşdırması prosesi kursu keçirilir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, kurslar iyunun 13-də başlayıb və 16-dək davam edəcək.

Bundan başqa, iyunun 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

0
18