Kristina Qrimminin qatilinin kimliyi müəyyən edildi – FOTO

Kristina Qrimminin qatilinin kimliyi müəyyən edildi – FOTO

Cinayətkarın üzərində iki tapança, əlavə güllələr və ov bıçağı olub.

Amerikanın “Səs” şousunu ulduzu Kristina Qrimminin qatilinin kimliyi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters portalı məlumat yayıb.

Müstəntiqlər müəyyən ediblər ki, müğənnini Floridanın Sent-Pitersberq şəhərindən olan 27 yaşlı Kevin Ceyms Loybl güllələyib.

O, iyunun 10-da Orlandoya, xüsusilə Qrimmiyə hücum etmək üçün gəlib. Qatilin üzərində iki tapança, əlavə güllələr və ov bıçağı olub.

Orlando şəhərinin polis rəisi Con Minanın sözlərinə görə, Loybl daha öncə məhkum edilməyib və çox güman ki, əvəllər Qrimmi ilə heç bir tanışlığı olmayıb. Hazırda polis cinayətkarın kompüterini və mobil telefonunu yoxlayır.

Xatırladaq ki, hadisə iyunun 10-da baş verib. Kristina Qrimmi və “Before You Exit” qrupunun üzvləri “Plaza Live” zalında konsertdən sonra avtoqraf paylayıblar. Həmin ərəfədə naməlum kişi onlara yaxınlaşaraq müğənniyə atəş açıb. Qrimminin qardaşı atəş açan kişini tutmağa çalışıb. Atəş açan şəxs hadisədən sonra intihar edib. Müğənni isə aldığı yaralardan xəstəxanada keçinib. 

Aytən Sadıqzadə

0
19