Nadir Qafarzadə ailəsinə görə bu addımı atdı - "Mənə zənglər gəlirdi"

Nadir Qafarzadə ailəsinə görə bu addımı atdı - "Mənə zənglər gəlirdi"

Müğənni Nadir Qafarzadə “Azad Azərbaycan” telekanalında növbəti dəfə yayımlanacaq olan “Azərbaycanın səsi” müsabiqəsində münsif olmaqdan imtina edib. Lent.az-a açıqlama verən tanınmış ifaçı bildirib ki, öz istəyi ilə müsabiqədən uzaqlaşıb:

 “Artıq iki il idi ki, “Azərbaycanın səsi” müsabiqəsində münsif idim. Bu yarışma yay aylarına təsadüf etdiyinə görə, demək olar ki, dincələ bilmirdim. İstirahət mövsümündə ailəmlə, yaxınlarımla dincəlməyə vaxtım olmurdu. Məhz bu amili nəzərə alıb, müsabiqənin yaradıcı heyəti ilə danışmaq qərarına gəldim, gələ bilməyəcəyimi söylədim. Onlar da çox sağ olsun ki, məni anladılar. Açığı iki il bu yarışda münsif olduğum müddətdə bir çox nüanslar gördüm. Bəzən həqiqəti söyləmək əvəzinə susmalı olurdum. Bu da mənim xarakterimə uyğun deyildi. İştirakçıların bəzilərini mənə zənglər gəlirdi. Deyirdilər ki, filankəs bizim adamdır, onu təriflə. Amma mən ağa ağ, qaraya qara deyən insanam. Həqiqəti deyən zaman ürəyim ağrayırdı. Bir sözlə münsif olmaq mənə görə deyildi. Gələcəkdə yenidən münsif olub və ya olmayacağımı isə zaman göstərəcək. Hələliksə istirahət etmək istəyirəm”.

Qeyd edək ki, ötən mövsüm “Azərbaycanın səsi”nin münsiflər kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Nadir Qafarazadə, Elton Hüseynəliyev əyləşmişdi.

0
22