Azərbaycan ABŞ-dakı terroru qınadı

Azərbaycan ABŞ-dakı terroru qınadı

“Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı veririk”.

Azərbaycan XİN-i Amerika xalqına başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Oxu.Az-a Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xəbər verib. 

Məlumata əsasən, məktubda deyilir: 

“12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.   

0
11