Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb

Hadisə Yasamalda baş verib.

Bakının Yasamal rayonunda mənzildən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Q.Xəlilov küçəsi ev 8-də qeydə alınıb.

Orada yaşayan 1952-ci il təvəllüdlü Yeganə Vəliyevanın mənzilindən açarseçmə yolu ilə 80 min manat dəyərində qızıl-zinət əşyaları və 7 min manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

0
18