Huawei şirkəti «Gözəl Azərbaycan» layihəsinə start verdi – FOTO

Huawei şirkəti «Gözəl Azərbaycan» layihəsinə start verdi – FOTO

«Hər şey ictimai maraqdan asılı olacaq».

Çərşənbə axşamı Bakıda «Four Seasons» otelində informasiya ve kommunikasiya texnologiyaları sahəsində dünya lideri olan Huawei şirkəti tərəfindən başladılan «Gözəl Azərbaycan» yeni sosial layihəsinin təqdimat mərasimi baş tutdu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakcell şirkəti, 1news.az və AZƏRTAC informasiya agentlikləri, Oxu.Az saytı və CBC telekanalı lahiyənin tərəfdaşları qismində çıxış etdilər.

Huawei Azərbaycan şirkətinin marketinq şöbəsinin müdiri Fərhad Rzayev tədbirdə çıxış edərkən qeyd etdi ki, «Gözəl Azərbaycan» lahiyəsinin məqsədi – dünyanı Azərbaycan və onun xalqı ilə tanış etməkdir. Onun sözlərinə görə, altı ay üçün nəzərdə tutulan bu lahiyə dörd müxtəlif  istiqamətdə həyatə keçiriləcəkdir: «Gözəl Zəkalar», «Gözəl Mədəniyyət», «Gözəl Xalq» və «Gözəl Təbiət».

«Hər istiqamətin öz proqramı olacaq.Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edəcək. Beləliklə, «Gözəl Azərbaycan» lahiyəsi Azərbaycan təbiətinin zənginliyini, müxtəliflikliyini və gözəlliyini nümayiş etdirmək məqsədini daşıyır. Bu lahiyə çərçivəsində foto müsabiqənin keçirilməsi nəzərdə tutulur, qaliblər isə Huawei şirkəti tərəfindən hədiyyələrlə təltif olunacaq. «Gözəl Azərbaycan» lahiyəsi Azərbaycan tarixindən söhbət açaraq, onun xalqının  daxili gözəlliyini meydana çıxaracaq.  

«Gözəl Azərbaycan» lahiyəsi çərçivəsində isə Azərbaycanın müxtəlif guşələrində mədəni və əyləncə tədbirləri keçiriləcək.  Bu arada,  Huawei Azərbaycan artıq  Naxçıvanda «Gözəl Zəkalar» istiqamətinin bir hissəsi olaraq «Seeds for the Future» («Gələcək üçün Toxumlar») lahiyəsinə start verdi. Nəticədə  Naxçıvan Dövlət Universitetinin 6 ən bacarıqlı tələbəsi seçildi, onlar Çində Huawei baş ofisində iki həftəlik təlim keçəcəklər» -F.Rzayev qeyd etdi.

Öz növbəsində, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov ölkədə telekommunikasiya sektorunun inkişafında Huawei şirkətinin rolunu qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycanın telekommunikasiya və informasiya şəbəkəsi inkişaf edir və təkmilləşdirilir. Bununla əlaqədar müasir avadanlıq əldə olunur, o cümlədən ölkənin ucqar və əlçatmaz yerlərində şəbəkə əhatəsini genişləndirir.

«Huawei şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən bütün tenderlərdə fəal iştirak edir. Şirkət artıq dörd tenderdə iştirak edib» - İ.Məmmədov söylədi. 

«Gözəl Azərbaycan» lahiyəsi haqqında danışaraq, nazir müavini onun mühümlüyünü vurğuladı və qeyd etdi ki, bu lahiyənin əhəmiyyətini onun tamamlandıqdan sonra hiss edəcəyik.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin söylədi ki, Azərbaycan və Çin arasınsda olan 24 illik dostluq əlaqələri uğurla inkişaf etməyə davam edir.

«Ölkələrimizin iqtisadiyyatlarının diversifikasiyasi nəticəsində Azərbaycan və Çin iş adamları arasında əlaqələr inkişaf edir. Çinin ən hörmətli şirkətlərdən biri olan Huawei şirkəti Azərbaycanın telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verir» - deyərək səfir bildirib.

O, «Gözəl Azərbaycan» lahiyəsinin uğurlu olacagında əmindir və bu lahiyə sayəsində ölkə haqqında dünyada, həmçinin Çində daha çox öyrəniləcək və «Çin iş adamarı Azərbaycana gəlib investisiya edəcəklər».

Öz növbəsində, «Bakcell» şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd etdi ki, Huawei onun başçılıq etdiyi şirkət üçün avadanlıqların əsas təchizatçılarından biridir.

«Biz bir çox birgə layihələri həyata keçirmişik və «Gözəl Azərbaycan» - lahiyələr sırasında çox əhəmiyyətli bir layihədir. Bu ortaq dəyərləri paylaşdığımızın göstəricisidir. Bu layihənin seçilməsi çox uğurlu olub və onu göstərir ki, Bakcell və Huawei Azərbaycanın gözəlliklərini geniş təbliğ etməyə hazırdırlar», - N.Bekers bildirib.

«Huawei Azərbaycan»ın baş icraçı direktoru Çao Zejun deyib ki, bütün dünyada məhsulları istifadə olunan Huawei şirkəti bir sira genişmiqyaslı sosiyal lahiyələri həyata keçirir. 

«Gözəl Azərbaycan» lahiyəsi - bizim birinci, eyni zamanda ən böyük lahiyəmizdir. Ölkədə 15 illik təcrubəsi olan şirkət kimi, Huawei brendin irəliləyiş və yerli gənclərin  yeni texnologiyalar sahəsində maarifləndirilməsi məqsədi ilə  bu möhtəşəm lahiyəni kecirməyə qərara aldı. Və bu, yalnız başlanğıcdır. Biz inanırıq ki, lahiyə uğurlu olacaq və biz Azərbaycan ilə birgə bir çox irimiqyaslı lahiyələr həyatə keçirəcəyik», - Çao Zejun vurğuladı.

«Dünyanın aparıcı telekomunikasiya şirkəti olan və Azərbaycanda fəaliyyət göstərən bir neçə İKT-şirkətləridən biri kimi, biz hesab edirik ki, bu ölkənin gənc nəslı üçün müxtəlif imkanlar yaradaraq bir çox şey edə bilərik. Şirkətimizin baş ofisində təlim keçmək imkanı dunyanin bir çox gənci üçün  bir məqsəddir. Biz xoşbəxtik ki bu il bu imkanı Azərbacan tələbələri üçün yaradırıq» - «Huawei Azərbaycan»ın baş icraçı direktoru söylədi.

«Huawei»in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Can Dongliang öz növbəsində qeyd etdi ki, bu şirkət artıq 15 iıdir ki Azərbaycanda mövcuddur və onun dünyada 
fəaliyyətindən söhbət açdı.

«İKT bazarında biz dayanıqlı şirkətik. 170 ölkədə nümayəndəliyimiz var, 500 ən iri şirkətlər sırasında şirkətimiz 228-cı yeri tutur. Huawei şirkətinin 16 elmi-tədqiqat mərkəzi var. Şirkətdə 176 min əməkdaş çalışır. 2015-ci ildə 108 milyon Huawei smartfonu satılmışdır. Bu 2014-cü il ilə müqaisədə 44% çoxdur və bu göstərici bizi Apple kimi nəhəng ilə rəqabətə çıxarır», - Can Dongliang vurğuladı.

Sonrakı mətbuat konfransında o, Azərbaycanda İKT sektorunun inkişaf konsepsiyasının inkişafında Huawei şirkətinin iştirak etmək niyyətini ifadə edib.

«Azərbaycan telekommunikasiya bazarı böyük potensiala malikdir və biz bu potensialdan istifadə etmək istəyirik. Biz bir sıra ölkələrin İKT konsepsiyasının inkişafında iştirak etmişik və ümüdvarıq ki, Azərbaycandada bu işə cəlb olunacayıq. Azərbaycanda biznesimizin haqqında narahat olmuruq, biz burada uğurla işləyib telekomunikasiya sahəsini inkişaf edəcəyik», - deyə Can Dongliang söylədi.

Keçən illər ərzində  Huawei şirkətinin Azərbaycana investisiyası haqqında sualı cavablandıraraq Ç.Zejun qeyd etdi ki, ölkədə 15 illik fəaliyyəti ərzində işə təxminən 2 min adam cəlb olub.

«Hesab edirəm ki, bu ən böyük investisiyadır. Bundan başqa, biz burada başqa şirkətlər ilə əməkdaşlıq edirik, bu da həmçinin investisiyadır», - «Huawei Azərbaycan»ın baş icraçı direktoru dedi. 

«Gözəl Azərbaycan» lahiyəsinə qayıdaraq, o söylədi ki, bu lahiyənin müəyyən edilmiş büdcəsi yoxdur. 

«Hər şey ictimai maraqdan asılı olacaq. Biz istəyirik ki, bu lahiyəyə Azərbaycanın regionlarındanda maraq olsun», - deyə Ç.Zejun bildirdi. 

0
35