İrəvanda Rusiyaya qarşı ETİRAZ AKSİYASI

İrəvanda Rusiyaya qarşı ETİRAZ AKSİYASI

Ermənistan paytaxtında Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı etiraz aksiyası keçirilir.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Ermənistan parlamentinin qarşısına toplaşıblar.  Aksiyada onlarla vətəndaş iştirak edir. İştirakçılar əllərində “Nə torpaq, nə də hava verəcəyik!”, “Biz Permyakovlar ordusuna deyil, erməni ordusuna etibar edirik!”, “Növbəti xəyanət!” kimi şüarlar olan plakatlar tutublar. Onlardan biri açıqlamasında bildirib ki, bu razılaşmanı imzalamaq o deməkdir ki, Ermənistan hədəfə çevrilir: "Bu, yanlışdır və xəyanətdir. Gələcəyimiz sakitcə Rusiyaya satılır. Razılaşmanı imzalamaqla, biz təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik".

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması müzakirə olunacaq.

0
7