Bakıda polis idarəsində intihara cəhd

Bakıda polis idarəsində intihara cəhd

Saxlanılan şəxs siqaret filtrindən kəsici alət düzəldib.

Bakıda polis idarəsində intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. 

Orada saxlanılan Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb.

Dərhal xəstəxanaya yerləşdirilən X.Məmmədovun qan itkisinin qarşısı alınıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

0
18