KİV: Merkel Ərdoğana güzəştə getməyə hazırdır

KİV: Merkel Ərdoğana güzəştə getməyə hazırdır

Tərəflər razılaşma və şərtlərə ciddi riayətetmə öhdəçiliyi götürüblər.

Almaniya kansleri Angela Merkel prezident Rəcəb Tayyib Ərdoğanın Aİ-nin əsas şərtlərini yerinə yetirməkdən imtina etməsinə baxmayaraq, Türkiyənin təzyiqi ilə bu ölkənin vətəndaşları üçün Şengen vizasının ləğv edilməsinə vasitəçiliyə hazırdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Berlindəki səfirinin diplomatik yazışması əlinə keçən “The Telegraph” qəzeti məlumat yayıb. 

Son həftələr Türkiyə və Avropa İttifaqı arasında mübahisələr ilə yadda qalıb. Ərdoğan alim və jurnalistlərin təqibi üçün istifadə edilən terrorizm ilə mübarizə haqqında sərt qanunlarına yenidən baxmaqdan imtina edib. Bu qanunların yenidən nəzərdən keçirilməsi vizasız rejimin təqdim edilməsi üçün əsas şərt idi.         

Martın 18-də sazişin bağlanmasından sonra Türkiyə Yaxın Şərqdən Egey dənizi vasitəsilə gələn qaçqın axınının qarşısını almaq öhdəçiliyini götürmüşdü. Aİ viza rejiminin ləğv edilməsi üzrə mexanizmin hazırlanması istiqamətində praktiki addımlar atmağa başlayıb, tərəflər razılaşma və şərtlərə ciddi riayətetmə öhdəçiliyi götürüblər.   

Amma məzmunun nəşrə məlum olan diplomatik teleqramda ser Sebastyan Vud qeyd edib ki, Merkelin dəftərxanası terrorizm ilə mübarizə qanunlarına dair “güzəştli varianta” hazırdır. 

Britaniyanın Türkiyədəki səfiri Riçard Mur xəbərdarlıq edir ki, viza rejiminin liberallaşması olmazsa, bu Ərdoğanı qəzəbləndirəcək və mühacirlər üçün Avropaya qapıları açacaq. 

0
11