Cahan Motors-dan sərfəli avtolizinq şərtləri

Cahan Motors-dan sərfəli avtolizinq şərtləri

Müasir Opel avtomobillərinin keyfiyyət və rahatlığından faydalanın!

Opel-in Azərbaycanda rəsmi nümayəndəsi olan Cahan Motors sizə sərfəli lizinq şərtləri əsasında Opel markasının modellərindən birini əldə etməyi təklif edir:

-15% ilkin ödəniş
- 18% illik faiz dərəcəsi
- 48 ayadək lizinq müddəti

Bundan əlavə, Ramazan ayında Opel Astra modelinə xüsusi təklif var. Siz 10% manatla avans ödəyərək lizinq yolu ilə yeni avtomobil əldə edə bilərsiniz. Eyni zamanda siz pul vəsaitlərini dövriyyədə saxlamaqla avtomobilinizdən minimal xərclə istifadə etməyə başlayacaqsınız.

Müasir Opel avtomobillərinin keyfiyyət və rahatlığından faydalanın!

Cahan Motors Opel avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Biz etibarlı nəqliyyat vasitələri təklif edir və yüksək keyfiyyətli texniki xidmət həyata keçiririk. Bizim müasir satış və texniki xidmət mərkəzlərimiz Bakı və Naxçıvan şəhərlərində yerləşirlər.

Opel - Avropanın ən böyük avtomobil istehsalçılarından biridir. Şirkətin əsası 1862-ci ildə hazırda qərargahı yerləşdiyi Almaniyanın Ryusselsxaym şəhərində qoyulmuşdur. Opel avtomobillərinin satışı dünyanın 40-dan çox ölkəsində həyata keçirilir. Zavod və layihə mərkəzləri 6 Avropa ölkəsində yerləşməklə, şirkətin ümumi sayı 40 000-dən çox olan işçisi var.

Əlavə məlumat üçün Babək prospekti 21/99 ünvanında yerləşən Cahan Motors avtomərkəzinə müraciət etməyinizi xahiş edirik. Telefon: (+99412) 490 68 19.

www.cahanmotors.az

0
12