Avropa Liqası: Azərbaycan – Fransa - 3:0

Avropa Liqası: Azərbaycan – Fransa - 3:0

Komandamız yarımfinala adlayıb.

Dünən qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi meydan sahibləri Fransa ilə qarşılaşıb.

Faiq Qarayevin yetirmələri bundan əvvəlki bütün oyunlarda qalib gəldikləri kimi Fransa millisinə şans verməyib - 3:0.

Bununla da qrup mərhələsini məğlubiyyətsiz başa vuran komandamız 18 xalla yarımfinala adlayıb.

Yarımfinalın ilk oyunları iyunun 23-də, cavab qarşılaşmaları isə 3 gün sonra iyunun 26-da oynanılacaq.

II dövrə, Fransa
Azərbaycan – Fransa - 3:0 (25:13, 25:23, 25:15)
Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)
Fransa. Renn, “Kollette Besson” Sarayı

0
14