50 nəfəri öldürən şəxslə bağlı - Yeni Məlumat

50 nəfəri öldürən şəxslə bağlı - Yeni Məlumat

Orlando şəhərində gecə klubunda qətliam törədən Ömər Mətin  9 il ərzində beynəlxalq “G4S2” mühafizə şirkətinin əməkdaşı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, baş ofisi Londonda yerləşən şirkətin ABŞ-da bir neçə nümayəndəliyi fəaliyyət göstərir.

Şirkət ABŞ Milli Təhlükəsizlik nazirliyinin podratçısıdır, 2012-ci ilə Londonda keçirilən Yay Olimpiya oyunlarının təhlükəsizliyini təmin edib.

29 yaşlı Ömər Mətin Nyu-Yorkda əfqan əsilli ailədə anadan olub. Onun iki dəfə evli olduğu bildirilir. İlk dəfə Ö.Mətin Özbəkistanda doğulmuş qadınla nigahda olub. 2009-cu ildə yenidən ailə quran O.Mətin iki il sonra həyat yoldaşından ayrılıb.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.  “Pulse” gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.

0
13