Donald Tramp: "Müsəlmanlar ABŞ-a buraxılmasın"

Donald Tramp: "Müsəlmanlar ABŞ-a buraxılmasın"

ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb.

APA-nın məlumatına görə, D.Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq”, D.Tramp yazıb.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

0
17