Avropa Liqası: Millimiz Fransaya şans vermədi

Avropa Liqası: Millimiz Fransaya şans vermədi

Bu gün qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində II dövrənin üçüncü oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi meydan sahibləri Fransa ilə qarşılaşıb.

Faiq Qarayevin yetirmələri bundan əvvəlki bütün oyunlarda qalib gəldikləri kimi Fransa millisinə də şans verməyib - 3:0.

Bununla da qrup mərhələsini məğlubiyyətsiz başa vuran komandamız 18 xalla yarımfinala adlayıb.

Yarımfinalın ilk oyunları iyunun 23-də, cavab qarşılaşmaları isə 3 gün sonra iyunun 26-da oynanılacaq.

II dövrə, Fransa

Azərbaycan – Fransa - 3:0 (25:13, 25:23, 25:15)

Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)

Fransa. Renn, “Kollette Besson” Sarayı

1

Azərbaycan

6

6

0

18-2

488-374

18

2

İspaniya

6

2

4

10-14

477-540

6

3

Fransa

6

2

4

10-16

526-547

6

4

Monteneqro

6

2

4

8-14

457-487

6

0
7