Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

Zamirə Hacıyeva mənimsəmə faktı ilə bağlı təqsirləndirilir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın axtarışa verilməsi ilə bağlı fakt təsdiqlənib.

Oxu.Az xəbər verir ki, Z.Hacıyevanın dövlət tərəfindən təyin edilmiş vəkili Səxavət Şahbazov Trend-ə bildirib ki, iyunun 1-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.

Vəkil bidirib ki, Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına ilə bağlı təqsirləndirilir.

“Mən, dövlət tərəfindən vəkil təyin edildiyimə görə, Zamirə Hacıyevanın müqaviləli vəkili deyiləm. Ona görə də Azərbaycanda olmadığı üçün onunla əlaqə saxlamamışam”, vəkil bildirib.

0
33