Suriya yaraqlıları Rusiyanın T-90 tankını ələ keçirdilər – FOTO + VİDEO

Suriya yaraqlıları Rusiyanın T-90 tankını ələ keçirdilər – FOTO + VİDEO

Tank Hələbin Mallah adlı yaşayış məntəqəsində ələ keçirilib.

Suriyada “Hərəkət Nuriddin əz-Zinki” terror qruplaşmasının yaraqlıları Hələbdə Rusiyanın müasir T-90 tankının ələ keçirildiyini bildiriblər, defence-blog.com portalı yazır.

Suriyanın “mülayim” müxalifətini təmsil edən briqadanın nümayəndələri bildiriblər ki, tank Hələbin Mallah adlı yaşayış məntəqəsində ələ keçirilib.

Yaraqlılar həmin rayonda hücum əməliyyatları aparan Suriya Ərəb Ordusunun qabaqcıl dəstələriniun silahlanmasında olan T-90 tankının görüntülərini də yayıblar.