Ögey ata yaşyarımlıq körpəni öldürdü

Ögey ata yaşyarımlıq körpəni öldürdü

Rusiyanın Voronej şəhərində yaşyarımlıq qız uşağını öldürməkdə şübhəli bilinən bir şəxs tutulub. Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya təhqiqat komitəsinin regional şöbəsindən xəbər verilib. Körpənin meyidi ağır döyülmə izləri ilə uşağın anasının yaşadığı mənzildə tapılıb. "İlkin istintaqa görə, körpə bərkdən ağladığı üçün ögey ata onu bərk döyüb. Alınan zədələrdən körpə keçinib", - deyə Təhqiqat komitəsinin Voronejin Levoberejniy rayonu üzrə rəhbəri Matvey Sladkix bildirib. Hazırda həmin şəxs istintaqda sorğu-sual altındadır. 

0
20