Oğuz azarkeşləri avropalı fanatlardan geri qalmır - VİDEO

Oğuz azarkeşləri avropalı fanatlardan geri qalmır - VİDEO

Kənd sakinləri qələbə qolundan sonra stadiona axışıblar.

Oğuz rayonunda kəndlər arasında futbol üzrə keçirilən çempionatın finalında “Qarabulaq” və “Yaqublu” komandaları üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, oyun birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabulaq” komandası qələbə topunu vurduqdan sonra azarkeşlər stadiona axışıb və futbolçular ilə birlikdə sevinclərini bölüşüblər.

Kənd sakinləri qələbəni elə qeyd ediblər ki, hətta rumınları son dəqiqələrdə Payetin vurduğu qolla məğlub edən fransızlar belə sevinməmişdilər.

Şərhlərə ehtiyac yoxdur. Sadəcə izləyin!

0
23