AÇ-2016: Türkiyə ilk matçına çıxır - YENİLƏNİR

AÇ-2016: Türkiyə ilk matçına çıxır - YENİLƏNİR

Bu gün Avropa çempionatında daha üç qarşılaşma baş tutacaq. Apasport.az saytının məlumatına görə, birinciliyin üçüncü günündə C qrupundan iki, D qrupundan isə bir oyun oynanılacaq.

Günün ilk oyununda Türkiyə millisi Xorvatiya ilə qarşılaşacaq. “Ay-ulduzlular” qitə çempionatına prinsipial rəqiblə oyundakı qələbə ilə start vermək istəyir. Fatih Terimin yetirmələri balkanlıları yenəcəyi təqdirdə qrupdan çıxmaq yolunda da böyük addım atmış olacaq. Xorvatların da hədəfi qələbədir. Aşkar favoritin İspaniya olduğu qrupda üç komanda ikincilik uğrunda savaşacaq ki, bunun üçün də öz aralarındakı oyunlar həlledici olacaq.

Sonrakı iki oyunda isə C qrupundan olan komandalar mübarizəyə qoşulacaqlar. Əvvəlcə Polşa Şimali İrlandiya, daha sonra isə Almaniya Ukrayna ilə gücünü sınayacaq.

Ənənəvi olaraq bütün turnirlərin favoriti olan bundestim bu dəfə nəinki qrupun, bütün birinciliyin əsas çempionluq namizədidir. Ukraynanın güclü rəqibi qarşısında ən yaxşı halda əzmkar çıxışına ümid etmək olar.

Avropa çempionatı

Qrup mərhələsi

12 iyun

D qrupu

17:00. Türkiyə - Xorvatiya

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Johannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Uillyam Kollum (Şotlandiya)

Ehtiyat yan xətt hakimi: Damyen Makqreyt (İrlandiya)

Hakim-inspektor: Devid Elleri (İngiltərə)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. “Stad de Frans”

C qrupu

20:00. Polşa – Şimali İrlandiya

Baş hakim: Ovidiu Alin Hateqan

Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Byörn Vassallo (Malta)

Nitsa. Şəhər stadionu

23:00. Almaniya – Ukrayna

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mallarki, Stefen Çild

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Robert Madden (Şotlandiya)

Ehtiyat yan xətt hakimi: Fransis Konnor (Şotlandiya)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Adonis Prokopiu (Kipr)

Lill. “Pyerr Mauro” stadionu

0
37