“Fənərbağça” ilk transferini rəsmən açıqladı

“Fənərbağça” ilk transferini rəsmən açıqladı

İstanbulun “Fənərbağça” futbol klubu müqavilə müddəti başa çatan futbolçusu Mehmet Topalla yeni anlaşmanın imzalandığını bəyan edib. Lent.az-ın klubun saytına istinadən məlumatına görə, tərəflər artıq razılaşma əldə edib və hazırda Fransada milli komandanın düşərgəsində olan futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər “Qalatasaray”da da oynamış M.Topal 2012-ci ildən “Fənərbağça”nın uğurları üçün çalışır.

0
17