Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verir

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verir

İmtahanda 1400-dən çox abituriyent iştirak edir.

Bu gün, iyunun 12-də, rus bölməsi abituriyentləri üçün ” fənni üzrə imtahan keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlayıb.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476-sı imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də aparılmış imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak imkanı verilib.

İmtahanda 1400-dən çox abituriyent iştirak edir. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.

0
17