Azərbaycanlı model öz xalqı haqqında: Bəziləri elə qoyun gəlib, qoyun gedəcəklər

Azərbaycanlı model öz xalqı haqqında: Bəziləri elə qoyun gəlib, qoyun gedəcəklər

“Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar”.

İlahi, ayağım Bakı torpağına dəyməmiş, mən “öz xalqımızın” bütün gözəlliklərini hiss edə bildim. 

Oxu.Az xəbər verir ki, bu barədə şəxsi Facebook profilində Dubaydan, “Miss SSSR” gözəllik müsabiqəsindən qayıdan azərbaycanlı model Kristina Zamir bildirib.
 
Bakıya qayıtdıqdan sonra model dərhal qeyd edib ki, “bizim ölkəmiz hər il daha da avropalaşır, bəziləri isə elə qoyun gəlib qoyun gedəcəklər...”.
 
“Alya şanel” və “adidas krossovkalara” və üzdəki bir ton kosmetikaya baxmayaraq... Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar, elə bil ətlərini kəsirlər... Elə istədim ki, qayıtmayam... Mən bütün bunlara yadırğamışam”, - deyə, K. Zamir yazıb.

Qeyd edək ki, Facebook-da dərc etdiyi son məlumata görə, K. Zamir hazırda özünü “Miss Azerbaijan” müsabiqəsində aparıcı qismində sınayır.

0
22