Tanınmış rejissorun meyiti tapıldı

Tanınmış rejissorun meyiti tapıldı

Tanınmış türkiyəli rejissor Caner Ceyhanın meyiti tapılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən 33 yaşlı Canerdən xəbər ala bilməyən dostları polisə müraciət edib. Rejissorun İstanbuldakı evinin qapısını sındıran polislər onun meyitini aşkarlayıb.

Rejissorun hansı səbəbdən öldüyü hələlik dəqiq deyil. Onun evindən məktubun tapıldığı bildirilir.

Qeyd edək ki, C.Ceylan bir sıra serialların çəkilişində rejissor və rejissor köməkçisi kimi iştirak edib.

0
20