Rusiyada təyyarə yoxa çıxıb

Rusiyada təyyarə yoxa çıxıb

Rusiya Federasiyası Altay Respublikasında göyərtəsində 2 nəfərin olduğu yüngül mühərrikli Agroprakt” A-33 markalı şəxsi təyyarə radarlardan itib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir Regional Mərkəzindən təyyarənin dünən axşam Ust-Koks aeroportundan Tyuquryuka uçduğunu bildiriblər.

Rusiya vaxtı ilə saat 2:00-da (Bakı vaxtı ilə 3:00) aeroportdan qalxan təyyarə ilə əlaqə qurmaq mümkün olmayıb. Hazırda xilasedicilər “Mi-8” vertolyotu ilə təyyarənin axtarışına  cəlb edilib.

0
23