Rusiya və İngiltərə azərkeşləri arasında toqquşma - FOTO + VİDEO

Rusiya və İngiltərə azərkeşləri arasında toqquşma - FOTO + VİDEO

Rusiyalı fanatlar mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinə hücum ediblər.

Marselin “Velodrom” stadionunda İngiltərə və Rusiya yığmaları arasında keçirilən oyunda qarşıdurma baş verib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbər verir ki, oyun başa çatdıqdan sonra rusiyalı fanatlar mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.

Matçın sona çatmasına bir neçə dəqiqə qalmış rusiyalı azarkeşlər tribunalarda fişənglər yandırıblar.  

Stadion üzrə diktor onlara rus dilində bir neçə dəfə müraciət edərək, yerlərində qalmalarını xahiş edib. 

Xatırladaq ki, iyunun 11-də keçirilən Rusiya-İngiltərə matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

0
230